Testson A R M N

TEST SON

Struktur və əməkdaşlar

Həsənova Ceyran Allahyar qızı

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Məsləhətçi

Həsənova Ceyran Allahyar qızı 1959 cu il 15 avqustada Dəvəçi rayonunda anadan olmuşdur. 1976-cı ildə Dəvəçşi rayon T.Abbasov adına orta məktəbi bitirdikdən sonra Dəvəçi rayon Kommunal Təsərrüfatı idarəsində  kadr işləri üzrə inspektor vəzifələrində işləmişdir. 1978-1980-ci illərdə N.K.Krupskatya adına Bakı Kitabxanaçılıq Texnikumunun “Kitabxanaçılıq” fakultəsində, 1981-1987-cı illərdə  Bakı Dövlət Universitetində təhsil almışdır. 1980-1989-cu illərdə Dəvəçi rayon Sarvan kənd kitabxanasında böyük kitabxanaçı,  1990-1995-ci illərdə Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemində komplektləşdirmə və kitabişləmə şöbəsində redaktor, böyük redaktor, 1995-2007-ci illərdə həmin şöbənin müdiri vəzifələrində işləmişdir. 2007—2016-cı illərdə Sumqayıt  şəhər Mədəniyyət və Turizm idarəsinin məsləhətçisi vəzifəsində, 2017-ci ildən isə Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin, 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət idarəsinin məsləhətçisi vəzifəsində çalışır. Iki oğlundan biri- Axundov Əbdülməcid Nadirşah oğlu 1993-cü ildə anadan olmuşdur. 2016-cı il aprelin 2-də hərbi xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur.

Telefon: (018) 654987

E-poçt: ceyran-axundova@mail.ru

Qəbul günləri: I-V günlər; saat 9.00-18.00