Testson A R M N

TEST SON

Struktur və əməkdaşlar

Bağırov Möhsün Vəliyəddin oğlu

Sumqayıt Regional Mədəniyyət İdarəsi

Baş məsləhətçi (Xızı rayonu üzrə)

Bağırov Mönsüm Vəliyəddin oğlu 01 sentyabr 1968-ci ildə Ermənistan Respublikasının Exeqnadzor rayonun  Qızılgül kəndində anadan olmuşdur. 1975/1983-cü illərdə Qızılgül kənd 8 illik orta məktəbində; 1983/1985-ci Qovuşuq kənd orta məktəbində təhsil almışdır. 1989-cu ilin aprel-oktyabr aylarında SPP “Qafqazenerqoremont” Xızı  yardımçı təsərrüfatında fəhlə, 1990/1991-ci illərdə Azərbaycan Respublikası Dövlət Yanacaq Komitəsinin Xızı rayon Qaz İstismar kontorunda nəzarətçi işləmişdir. 1991-ci ilin yanvar-noyabr aylarında  Xızı  rayon Qaz İstismar İdarəsində müvəqqəti baş mühasib; 1991/2000-ci illərdə Xızı rayon Qaz İstismar İdarəsində baş mühasib; 2000/2015-ci illərdə  Xızı Bələdiyyəsinin sədri vəzifələrində çalışmışdır. 2004/2008-ci illərdə Azərbaycan Beynəlxalq Universitetində təhsil alaraq “Dövlət və Bələdiyyə” ixtisasına yiyələnmişdir. 2010/2013-cü illərdə  Azərbaycan Respulikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında təhsilini davam etdirərək hüquqşünas ixtisasına yiyələnmiş, magistr dərəcəsi almışdır.2015/2017-ci illərdə Xızı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2017-ci ildən Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin, 2018-ci ildən Sumqayıt Regional Mədəniyyət idarəsinin Xızı rayonu üzrə baş məsləhətçisi vəzifəsində çalışır.

Telefon: (023) 3150345

Qəbul günləri: I-V günlər; saat 9.00-18.00